Keçid linkləri

2026, 11 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 22:24

Namaz qılanları izləyəcəklər

Bu kameralar məscidləri də bəzəyəcək
Bu kameralar məscidləri də bəzəyəcək

Almatı məscidlərində kameralar quraşdırılacaq

Almatı məscidlərinin hamısında video müşahidə aparılacaq. Bu aydan etibarən ibadət yerlərinə video kameralar quraşdırılacaq. Bu haqda yerli mətbuata şəhərin icra hakimiyyətinin başçısı Ahmetjan Yesimov məlumat verib.

“Biz terrorizm və eksdtremizmlə mübarizə üzrə təbliğata çox böyük diqqət ayırırıq. Artıq bəzi yerlərdə, həmçinin məscidlərdə müşahidə kameraları quraşdırılıb”.

Almatının akimi deyib ki, bu işdə hökumətə biznesmenlər də kömək edəcək. Artıq Qazaxıstan paytaxtındakı məscidlərin hamısını əhatə edəcək sayda kameralar alınıb.

Ümumilikdə, 2012-ci il ərzində şəhərə 2000 kamera qoyulacaq.Məscidlərdən savayı, qatarlar və digər nəqiyyat növlərində də müşahidə kameraları quraşdırılacaq.
This item is part of
XS
SM
MD
LG