Keçid linkləri

2017, 27 May, şənbə, Bakı vaxtı 08:50

Britaniyalı müğənninin “Grammy” mükafatında triumfu


Adele mükafatlandırma mərasimində.
Dünyada ən nüfuzlu musiqi mükafatlarından biri olan “Grammy”nin bu ilki qalibləri açıqlanıb.

Los-Ancelesdə keçirilən mükafatlandırma mərasimində populyar britaniyalı müğənni Adele 6 nominasiyada qalib elan edilib.

Bunlar arasında ən prestijli 3 nominasiya üzrə mükafatlar – “Rolling in the Deep” mahnına görə “İlin mahnısı”, “İlin səs yazılışı” və “21” albomuna görə “İlin albomu” mükafatları da var.

Bu yaxınlarda boğazında əməliyyat keçirən 23 yaşlı müğənni təqdimat mərasimindəki çıxışında “ona əvvəlki səsini qaytaran həkimlərə” təşəkkür edib.

Amerikadan olan alternativ rok qrupu - "Foo Fighters" isə 5 "Grammy" qazanıb:

"Ən yaxşı rok ifası", "Ən yaxşı rok albomu", "Ən yaxşı rok mahnısı" və s. nominasiyalarda.

Mərasimdə Whitney Houston xüsusi olaraq yad edilib. Dünyaca məşhur müğənni “Grammy” mərasimində iştirak üçün gəldiyi Los-Ancelesdə vəfat edib – mərasimdən az öncə.

Bununla da Adele amerikalı müğənni Beyonce-dan sonra bir ildə 6 “Grammy” alan ikinci qadın müğənni olub.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG