Keçid linkləri

2026, 17 Aprel, cümə, Bakı vaxtı 12:07

Berdymukhammedov yenidən prezident seçilib

Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov prezident seçkilərində qalib gəlib.

Türkmənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, o, seçicilərin 97 faizinin səsini qazanıb. Seçkidə Berdymukhammedovdan başqa daha 7 nəfər mübarizə aparırdı.

Türkmənistan Konstitusiyasına görə, prezident 5 illiyinə seçilir.

Gurbanguly Berdymukhammedov ilk dəfə 2007-ci ildə prezident seçilmişdi.
This item is part of
XS
SM
MD
LG