Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:14

Putin AŞPA Seçki Monitorinq qrupunu qəbul etməyib


Rusiyanın baş naziri Vladimir Putin
Rusiyanın baş naziri Vladimir Putin
Rusiyanın baş naziri Vladimir Putin Avropa Şurasının Parlament Assambleyasının Seçki Monitorinq qrupunu qəbul etməyib. Prezidentliyə namizəd Putin bunu iş qrafikinin sıxlığı ilə əlaqələndirib.
Bu barədə Montironq qrupu xəbər verib. İnterfaks xəbər agentliyin bildirir ki, Montironq qrupun rəhbəri Tiny Kox Mosxvada deyib ki, «görüş cənab Putinin planlarına uyğun olmayıb».
Kox əlavə edib ki, onlar prezidentliyə namizəd digər 4 nəfərlə görüşüblər və Putinin öz reklam kampaniyasını genişləndirmək üçün siyasi təzyiq göstərməsi ilə bağlı iddialar eşidiblər. Koxun sözlərinə görə, namizədlər baş nazir olan Putinin öz seçki kampaniyasında adminstrativ resurslardan istifadə etdiyindən şikayətləniblər.
Ötən ilki parlament seçkisindən sonra Putin xarici müşahidəçiləri, o cümlədən ABŞ Dövlət Departamentini tənqid edib ki, seçki ilə bağlı açıqlanan rəylə onlar müxalifəti nümayişlərə təhrik ediblər.
O vaxtdan bəri baş nazirin komandası ölkədə Putinin Rusiyanın müstəqiiliyinə zəmanət verən milli lider kimi təbliği üçün çoxsaylı mitinqlər təşkil ediblər.
Putin 2000-2008-ci illərdə prezident olub.
XS
SM
MD
LG