Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

İranda 30 milyon xarici e-mailə giriş bağlanıb


İran (Arxiv foto)
İran (Arxiv foto)
İranda 30 miyondan çox internet istifadəçisi xarici şirkətlərə məxsus Gmail, Yahoo mail və Hotmail ünvanlarına girə bilmir. Bu bərədə məlumat yayan Associated Press İranın Mehr informasiya agentliyinə istinad edib.
Amma İranın Telekommunikasiya nazirliyinin təmsilçiləri bildiriblər ki, müştərilərin elektron ünvanına giriş təcrid olunmayıb.
İran hakimiyyətinin internet resurslarına girişə məhdudiyyətlər yaratması birinci dəfə deyil. 2009-cu ilin yayında İranda keçirilən prezident seçkisindən sonra ölkəni kütləvi narazılıqlar bürümüşdü, buna görə də hakimiyyət yeni dalğadan narahatdır.
Tehran xüsusilə Facebook və Twitter xidmətlərini, o cümlədən peyk vasitəsilə ötürülən BBC-nin İran xidmətini bağlayıb.
Tehran Google axtarış sisteminə girişi də bağlayacağı ilə hədələyib.
XS
SM
MD
LG