Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

Əl Qaidə Suriyadakı etirazları dəstəkləyib


Al Qaidənin lideri Ayman al Zawahiri Suriyadakı etirazları dəstəkləyib.

O şənbə günü islamçı saytlardan birində yerləşdirilmiş videomüraciətdə prezident Bashar
Assad rejimini islama qarşı olmaqda və öz xalqına qarşı cinayət törətməkdə ittiham edib.

İslamçı saytları araşdıran ABŞ təşkilatının məlumatına görə, Zawahiri suriyalıları qərbdən kömk gözləməməyə çağırır, bildirir ki, belə halda ölkədə oyuncaq hökumət qurulacaq.

O Türkiyə,İraq, İordaniya və Livan müsəlmanlarını Suriyadakı qiyamı dəstəkləıməyə çağırır.

ABŞ-ın xüsusi xidmətinin məlumatına görə Usama bin Ladenin ölümündən sonra əl

Qaidəyə başçılıq edən Zawahiri hazırda Pakistandadır.
XS
SM
MD
LG