Keçid linkləri

2024, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 02:10

Müğənni Whitney Houston vəfat edib


Whitney Houston. 2008
Whitney Houston. 2008
48 yaşlı amerikalı müğənni Whitney Houston Los Angelesdə «Beverly Hilton» otelində ölü tapılıb.
CNN-in məlumatına görə, Whitney Houston otel işçiləri tərəfindən huşsuz halda otelin dördüncü mərtəbəsində tapılıb.

Beverly Hills Polis bölməsinin əməkdaşı Mark Rosen xəbəri FoxNews-a təsdiq edib. Mətbuata açıqlamasında polis Whitney Houstonun üzərinə zorakılıq əlamətlərinin olmadığını bildirib.

Polis hadisəylə bağlı araşdırma apardıqlarını və bundan sonra mətbuata dəqiq məlumat veriləcəyini də deyib.

Whitney Houston 9 avqust 1963-cü ildə anadan olub. Onun ilk hiti Teddy Pendergrassla 1984-cü ildə ifa etdiyi «Hold me» adlı mahnıdır. Houstonun ilk musiqi albomu 1985-ci ildə satışa çıxmış və xeyli məşhurlaşmışdı.

Məhz bu albomda çıxan «Saving All My Love For You», «Greatest Love Of All» ve «How Will I Know» kimi parçalar müğənnini daha da populyar etmişdi. 1985-ci ildə «Saving All My Love For You» mahnısı Whitney Houstona Grammy musiqi mükafatını qazandırmışdı.

2 il sonra Whitney, ikinci solo albomu olan «Whitney»i çıxarmışdı. O zaman bu albom 19 milyona yaxın satılmışdı.

«I Wanna Dance With Somebody», «So Emotional», «Didn't We Almost Have It All» və «Where Do Broken Hearts Go» mahnılarının yer aldığı bu albomla Whitney Houston, ikinci Grammy müfakatını qazanmışdı.

Whitney Houston 415 müxtəlif mükafatla Guinness Rekordlar kitabında «Ən çox mükafat alan qadın müğənni» adını qazanıb. Müğənninin 1992-ci ildə aktyor Kevin Costner ilə baş rollarını oynadıqları «The Bodyguard» filmində oxuduğu «I Will Always Love You» mahnısı da dünyaca məşhurdu:

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG