Keçid linkləri

2026, 16 İyun, çərşənbə axşamı, Bakı vaxtı 13:23

Avropa Birliyi Yəmənə 7 milyon yardım ayırır

Avropa Birliyi Yəmənə 7 milyon avro ayırmaq fikrindədir.

Bu vəsait fevralın 21-də keçiriləcək prezident seçkisinə sərf olunmalıdır.

Bu yaxınlarda BMT-nin vasitəçiliyi ilə Yəməndı hakimiyyətin dinc yolla ötürülməsilə bağlı razılaşma imzalanıb.

Sənədi müxalifət nümayəndələrilə 33 il idi ki, hakimiyyətdə olan Ali Abdullah Saleh imzalayıb.

Razılaşmada Salehin cinayət məsuliyyətinə cəlb edilməməsi, ona tam toxunulmazlıq hüququ verilməsi nəzərdə tutulur.
This item is part of
XS
SM
MD
LG