Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:32

Timoşenko əfv olunmasını istəmir



Ukraynanın həbsdə olan keçmiş baş naziri Yuliya Timoşenko əfvlə bağlı müraciət etmək fikrində deyil.

Bunu onun vəkili Sergey Vasilenko yerli mətbuata müsahibəsində deyib.

Vəkil həmçinin qeyd edib ki, əgər prezident Viktor Yanukoviç onu əfv etsə Timoşenko yəqin ki, bunu qəbul etməyəcək.

Timoşenko hazırda 7 illik həbs cəzası çəkir.

O hakimiyyətdə olduğu dövrdə Rusiya ilə qaz müqaviləsi imzalanarkən səlahiyyətlərini aşmaqda ittiham olunur.

Baş nazir hökmün siyasi motivli olduğunu deyir.
XS
SM
MD
LG