Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:10

Soyuq hava ilə əlaqədar Bakıda səyyar sığınacaqlar qurulub


Fevralın 10-da Bakının 5 rayonunda səyyar sığınacaqlar qurulub.

Məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb.

Həmin sığınacaqların yerləşdiyi ünvanlar belədir:

- Nərimanov rayonu («Şərq» bazarının yaxınlığı, Xətai prospekti, 11),

- Nəsimi rayonu («Nəsimi bazarı»nın yaxınlığı, S.Rüstəm küç. 69),

- Xətai rayonu («Bakı» kinoteatrının qarşısı, Sarayev küç. 20),

- Xəzər rayonu («Xəzər» bazarının yaxınlığı, A.İldırım küç. 18)

- Nizami rayonu (Metronun «Xalqlar dostluğu» stansiyasının yaxınlığı, Q.Qarayev küç. 118).

Sığınacaqlardan rayondan paytaxta gəlib geri dönməkdə çətinlik çəkənlər, yaşayış yerinə gedə bilməyənlər və gecələməyə yeri olmayanlar istifadə edə bilərlər.

«Bundan başqa, müvəqqəti isinməyə və ilk yardıma ehtiyac duyan vətəndaşlar da 24 saat ərzində yataqla, 3 dəfə isti yemək və çayla, tibbi xidmətlə təmin olunurlar» - nazirliyin məlumatında deyilir.

XS
SM
MD
LG