Keçid linkləri

Təcili xəbərlər
2023, 26 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:29

İran nüvə sahəsində vacib nailiyyət əldə etdiyini deyir


İran yaxın vaxtlarda nüvə sahəsində vacib nailiyyət əldə etdiyini bəyan edəcək.

Bunu ölkə prezidenti Mahmud Ahmadinejad İran İslam İnqilabının 33-cü ildönümü münasibətilə Tehranda keçirilən çoxminlik mitində çıxış edərkən deyib.

Qərb jurnalistlərinin Tehrandan verdikləri məlumatlara görə, İran hərbçilərinin ötən ilin dekabrında Əfqanıstan sərhəddinin yaxınlığında ələ keçirdikləri ABŞ təyyarəsinin maketi meydana qoyulubmuş və bu insanların marağını daha çox çəkib.

Beynəlxalq aləm İranı gizlicə nüvə silahı üzərində işləməkdə günahlandırırlar.
Tehran ittihamı rədd edir.

ABŞ və Avropa Birliyi bu yaxınlarda İrana qarşı sanksiyaları daha da kəskinləşdiriblər.
XS
SM
MD
LG