Azərbaycan hökuməti Yerevan şəhərinin tarixi simasının canlandırılması üçün bu şəhərin xəritələrini və cizgilərini Ermənistana verməyə hazırdır.
Bunu «İnterfaks-Azərbaycan» agentliyinə Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin sektor müdiri Fuad Axundov deyib.
Bir müddət əvvəl Ermənistan hakimiyyəti paytaxt Yerevanın qədim mərkəzini bərpa etmək niyyətini açıqlayıb.
«Həqiqətən Yerevan şəhərinin əvvəlki tarixi simasını bərpa etmək istəyirlərsə, biz lazımi şəkilləri və cizgiləri erməni tərəfinə verə bilərik», - deyə F.Axundov bildirib.
İndi Ermənistanın paytaxtı olan Yerevan şəhəri tarixən türk qalası kimi tanınmışdı. İlk dəfə adı VII əsrdə (607-ci ildə) çəkilir.
XVI əsrə məxsus Yerevan qalası bütün tikililəri ilə birlikdə məhv edilib. /apa/