Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:14

Londonda "alkoqola qarşı qolbağ"lardan istifadə olunacaq


London meri Boris Johnson bildirib ki, Britaniyada ilk dəfə olaraq “alkoqola qarşı qolbağ” istifadə etməyə başlayacaqlar.

Söhbət ondan gedir ki, alkoqolun təsiri altında əvvəllər cinayət törətmiş şəxslərin qoluna xüsusi elektron qolbağ taxılacaq və onların qanında alkoqolun miqdarına bu yolla daim göz qoyulacaq.

Bu sistem hazırda ABŞ-ın bir neçə ştatında istifadə edilir və “qolbağlılar” bir neçə dəfə alkoqol normasını aşdığı halda həbsxanaya salınır.

Mer bildirib ki, hər il Londonda törədilən minlərlə cinayətin və yol qəzasının səbəbi alkoqoldan istifadə olur.
XS
SM
MD
LG