Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:59

Lavrov: Suriyada "Liviya ssenarisi" BMT-nin dayaqlarını sarsıdar


Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, “Suriyada Liviya ssenarisinin həyata keçirilməsi, yəni vətəndaş müharibəsində tərəflərdən birinin silahlandırılması BMT-nin dayaqlarını sarsıdar və beynəlxalq sabitliyə təhlükə törədər.

Rusiya və Çin BMT-nin Təhlükəsizlik Şurasında Suriya hökumətini pisləyən qətnaməyə veto qoyandan sonra Qərb ölkələri Ərəb Ölkələri Liqası ilə birlikdə birtərəfli şəkildə Suriya müxalifətinə dəstək verə biləcəyinə işarə edib.

Suriya təhlükəsizlik qüvvələrinin üsyançılara qarşı həyata keçirdiyi əməliyyatlarda indiyəcən 6 min nəfərə yaxın insan öldürülüb.
XS
SM
MD
LG