Qarlı-şaxtalı havalar başlayandan Bakının mərkəzi hissələrindən tutmuş ətraf qəsəbələrə qədər bir çox yerlərdə elektrik enerjisi ilə bağlı problemlər yaşanmaqdadır. Fevralın 9-da Zabrat və Hövsan qəsəbələrində elektrik enerjisi ilə bağlı problemlərə görə, sakinlər avtomobil yolunu bağlayıblar.
ZABRATDA BİR-BİRİNƏ QARIŞAN PROBLEMLƏR
Zabrat qəsəbəsində isə günlərdir problemlər bir-birinə qarışıb. Qəsəbənin bir hissəsində qaz, digər hissəsində işıq, başqa hissəsində isə su yoxdur. Saxtalı havada kommunal problemlərlə üz-üzə qalan sakinlər ictimai nəqliyyatın, elektrik enerjisinin olmamasından gileylənirlər:
- Belə olmaz axı, işıq pulu ödəyirik. Gəlin gedək bizim sayğaca baxın. Aybaay pulu ödəmişəm. Borcum yoxdur. Neçə gündür işıq yoxdur. Bax görürsüz mən lampaya kerosin almaq üçün getmişəm Maştağa yoluna.
- İşıqlarınız nə vaxtdan yanmır?
- Elə soyuqlar düşəndən...
- Nə deyirlər, səbəb nədir?
- Heç bir şey. Xətlər, transformatorlar hamısı köhnədir, ona görə belə olur. Gecə saat 5-də işığı verirlər, 8-də söndürülər. Nə edək, qaranlıqda giririk yorğanın altına.
Qarlı günlər başlayandan sonra Bakının Xətai, Əhmədli, Binəqədi, Köhnə Günəşli qəsəbələrində elektrik enerjisi ilə bağlı problemlər yaşanmaqdadır.
YENİ MÜSAVAT YENƏ İŞIQSIZ QALIB
Elektrik enerjisindəki fasilələr bəzi gündəlik qəzetlərin fəaliyyətində də problemlər yaradıb. Bakının Nizami rayonunda yerləşən «Yeni Müsavat» qəzetinin yerləşdiyi binada isə 3-cü gündür işıq yoxdur. Baş redaktor Rauf Arifoğlu:
«Biz saat 4-də piket keçirməyi planlaşdırmışdıq, amma 3-ün yarısı işıqlar yandı. Amma saat 5-də yenidən sondürdülər. İndi işığımız yoxdur».
Baş redaktor deyir onlar problemin nədən yarandığını heç cür aydınlaşdıra bilmirlər:
««Bakıelektrikşəbəkə»dən deyirlər «Azərenerji» günahkardır, ordan da bir nəfər tapa bilmirik ki, danışdıraq. Biz şəhərdəki işıq problemi ilə bağlı fevralın 9-dan «Azərenerji» və «Bakıelektrikşəbəkə»yə dəfələrlə müraciət etsək də müraciətlərimizə cavab verən olmayıb».
Paytaxtı elektrik enerjisi ilə təmin edən «Bakıelektrikşəbəkə» ASC dəfələrlə bəyan etmişdi ki, qarlı-şaxtalı havalarda elektrik enerjisi ilə bağlı problemlər olmayacaq. İndi elektrik enerjisi ilə bağlı problemlərin mövcudluğunu «Bakıelektrikşəbəkə» «Azerenerji»dən aldıqları enerjinin son günlər azalması ilə əlaqələndirir. «Azərenerji»nin bir-neçə gün əvvəl yaydığı açıqlamada isə deyilir ki, suyun donması ilə bağlı «Şimal» DRES və Sumqayıt Elektrik Stansiyasının fəaliyyəti dayandığından «Azərenerji» «Bakıelektrikşəbəkə»yə enerjinin verilməsini 25 faiz azaldıb.
«HÖKUMƏT ÖZ EYBİNİ ÖTMƏKLƏ MƏŞĞULDUR»
Amma iqtisadçı Rövşən Ağayev hesab edir ki, elektrik təsərrüfatına son 5-6 ildə milyonlarla manat vəsait ayrılması fonunda bu kimi problemlər olmamalı idi:
««Barmek»dən sonra «Bakıelektrikşəbəkə»yə 450 milyon manat pul ayrılıb. Bu həddən artıq böyük vəsaitdir. Bu pulla Bakının elektrik təsərrüfatını elə bir vəziyyətə gətirmək olar ki, bu cür qarlı-şaxtalı hava şəraitində əhali belə problemlərlə üzləşməzdi».
Rövşən Ağayevə görə, bundan başqa «Azərenerji»yə dövlət büdcəsindən xeyli vəsait ayrılıb. İqtisadçı deyir ki, təkcə 2011-ci ildə «Azərenerji»nin Bakı ilə bağlı gördüyü işlərə 100 milyon manat vəsait ayrılıb:
«Bundan başqa «Azərenerji»nin, «Bakıelektrikşəbəkə»nin xidmət haqlarından topladığı vəsaitlərin də bir hissəsi investisiya kimi infrastruktura qayıdır. Üstəgəl xarici maliyyə mənbələrindən alınan kreditlər. Amma bu qədər vəsaitin qarşılığında biz nə görürük».
Rövşən Ağayevə görə, əslində hökumət elektrik enerjisinin qiymətini 2 qəpikdən 6 qəpiyə qaldırılması ilə bağlı qərar verəndə bunu keyfiyyətin qaldırılması ilə əsaslandırmışdı.
«3 DƏFƏ QİYMƏT ARTIB, 3 DƏFƏ DƏ KEYFİYYƏT AŞAĞI DÜŞÜB»
«Biz nə gördük, qiymət 3 dəfə artdı, keyfiyyət də az qala 3 dəfə düşdü»
İqtisadçı hesab edir ki, işıq, qaz və su təsərrüfatları dövlət sektorunun əlində cəmləşdiyindən hökumət bu sahədə baş verən bütün çatışmazlıqları ört-basdır etməklə məşğuldur. İqtisadçıya görə, bu sahələr özəl sektorun əlində olsa, onda hökumət onların üzərinə öhdəliklər qoyacaq.
«ŞÜBHƏ İSƏ KORRUPSİYANIN OLDUĞUNU GÖSTƏRİR»
Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban isə deyir ki, sözü gedən sahələrə son beş ildə milyard manatdan artıq pul ayrıldığı halda yenə də problemlər qalırsa, bu istər-istəməz həmin vəsaitlərin xərclənməsi ilə bağlı suallar doğurur:
«Bu da insanlarda şübhə yaradır. Şübhə isə korrupsiyanın olduğunu göstərir».
Mərkəz rəhbərinin sözlərinə görə, 2006-cı ildən 2011-ci ilə qədər «Azərenerji»yə dövlət büdcəsindən 1 milyard 200 milyon, «Bakıelektrikşəbəkə»yə isə 418 milyon manat pul ayrılıb.