Keçid linkləri

2017, 26 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:32
Bu il Azərbaycanda xaricdə təhsillə bağlı Dövlət Proqramının maliyyələşdirilməsinə 20 milyon manat vəsait ayrılıb.

Bu, ötən ildəki vəsaitlə müqayisədə 5 milyon manat çoxdur.

Bunu APA-ya təhsil nazirinin müavini Qulu Novruzov bildirib. Nazir müavini deyib ki, hazırda Dövlət Proqramı əsasında təhsil alan bir tələbənin yaşayış və təhsil xərcləri dövlətə il ərzində təxminən 25-30 min manata başa gəlir.

Q. Novruzovun sözlərinə görə, bu il sosial, humanitar, idarəetmə, iqtisadiyyat sahələri üzrə ixtisaslar xaricdə təhsillə bağlı prioritetlər siyahısına salınmayıb.

Bu ilki prioritetlər texniki və fundamental elmlər, mühəndislik, neft-qaz sənayesi, ətraf mühit elmləri, kənd təsərrüfatı ixtisaslarıdır.

Onun sözlərinə görə, nazirlik fundamental və kənd təsərrüfatı ixtisasları üzrə xaricə tələbə göndərmək üçün namizəd qıtlığı ilə üzləşir: “Amma ötən il bu sahədə müəyyən tərəqqi əldə etdik. Ümid edirik ki, bu il xüsusilə də ətraf mühit, fundamental elmlər və kənd təsərrüfatı sahələrində daha çox namizədlərin olmasına ümid eləyirik”.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG