Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:57

Cem Karacanı hətta siyasətçilər də anır


Türkiyə əfsanəvi sənətçi, Anadolu rokunun qurucusu Cem Karacanın növbəti xatirə gününü anıb.

Sənət dostları, onu yaxından tanıyan və səsini eşidən sənətçilər ölüm günündə böyük konsert düzənləyiblər.

Türk mediası bir neçə gündür ki, bu azman sənətkarı dönə-dönə xatırlayır.

Hətta siyasətçilər belə Cem Karacını unutmadıqlarını bildirirlər.

CHP Genel Başqanı Kamal Kılıçdaroğlu xatirə günüdə Cem Karacanı Twitter-də anıb.

Kılıçdaroğlu "hələ fərman yazanlar var, amma fərman onlarınsa, bu ölkə bizim"—yazıb.



CHP-nin mətbuat bölümündən verilən yazılı açıqlamada Başqanın Twitter-də Cem Karacanın ölüm gününü andığı bildirilib.

Xalq ozanı Dadaloğlunun məşhur misralarını:” Fərman padişahın, dağlar bizimdir” misralarını xatırlayan Kılıçdaroğlu yazıb:

“Özgür ve eşit bir dünyanın hayalini kuruyor ve onun mücadelesini veriyoruz.

Bu mücadeleye emek veren herkesi sevgi ve şükranla anıyoruz.

İnsanlık, baskıcı hükümdarlar, diktatörler gördü; hepsini yendi.

Hâlâ ferman yazanlar var ama ferman onlarınsa bu ülke bizim.

Bugün Cem Karacanın ölüm yıldönümü. Müziği mücadelemizde hep bizimle olacaktır”.

K. Kılıçdaroğlu Cem Karacanın xatirəsinə onun “Dadaloğlu” adlı mahnısının videosunu da səhifəsinə yerləşdirib.

Xatırladaq ki, Cem Karaca 1945-ci ildə İstanbulda doğulub.

Atası Azərbaycan əsilli Mehmet Karaca, anası erməni əsilli Toto Karaca olub.

Rok musiqisini Anadolu insanına türkcə anladan və sevdirən ilk sənətçi olub.

Yazdığı social və siyasi yönlü mahnılara görə ölkəsində təqib olunub.

Hətta alman vətəndaşlığını almağa məcbur olub.

Nəhayət, Turqut Özalın sayəsində Trükiyəyə dönə bilib.

“Resimdeki göz yaşları”, “Beni siz delirtdiniz” , “Niyazı”, “Bu son olsun” və s. kimi sevilən mahnılar yazıb.

Cem Karaca 2004-cü il fevralın 8-də ürək çatışmazlığından dünyasını dəyişib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG