Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:46

Hələbdə 3 partlayış olub


Suriyanın ikinci ən böyük şəhəri olan Hələbdə 3 partlayış olub. Azı 11 nəfər ölüb. Suriya dövlət televiziyasının məlumatına görə, ölənlərin əksəriyyəti hərbçilərdir. Dövlət televiziyasının xəbərinə görə, “partlayışları silahlı terrorçu qruplar” həyata keçirib.

Suriyada dünən hökumət qoşunları ilə etirazçılar arasında baş verən qarşıdurmada azı 126 adam ölüb.

Suriyalı hüquq müdafiəçilərinin verdiyi məlumata görə, hökumət qoşunları müxalifətçilərin olduğu nöqtələrə iri zərbələr endirir. 110 adam Homs əyalətinin Bab-amr məntəqəsinə endirilən zərbələr nəticəsində ölüb. 14 adam isə Dəməşq ətrafındakı atışmalarda həlak olub.
XS
SM
MD
LG