«Əfqanıstana NATO yüklərinin 30 faizi Azərbaycan ərazisindən istifadə etməklə çatdırılır. Prezident İlham Əliyev NATO-nu əmin edib ki, Azərbaycan gələcəkdə də tranzit məsələsində Alyansın etibarlı tərəfdaşı olacaq».
Bunu Azərbaycanda səfərdə olan NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi James Appathurai fevralın 10-da jurnalistlərə açıqlamasında bildirib.
Əfqanıstandakı sülhyaratma fəaliyyətinə görə Azərbaycana təşəkkürünü bildirən NATO təmsilçisi rəsmi Bakının bundan sonra da Alyansın bu tipli əməliyyatlarında iştirak edəcəyinə əminliyini vurğulayıb:
«Azərbaycan-NATO əməkdaşlığı qarşılıqlı maraqlara cavab verir və bu məsələlərin müzakirəsi yaxın gələcəkdə davam etdiriləcək».
J.Appathurai Azərbaycan prezidentinin dəvət aldığı NATO-nun Çikaqo sammitinə də toxunub. O deyib ki, həmin sammitdə ISAF (Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri) ölkələrinin nümayəndələri ilə görüşlər keçiriləcək.