Keçid linkləri

2026, 06 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:24

«Bomj»lar üçün səyyar sığınacaqlar yaradılıb

Soyuq hava şəraiti ilə əlaqədar olaraq fevralın 10-dan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daimi yaşayış yeri olmayanlar («bomj») üçün səyyar sığınacaqlar yaradıb.

Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib.

«Nazirlik əməkdaşları belə insanları axtaracaq, onları müvəqqəti olaraq səyyar sığınacaqlara yerləşdirib, isti yemək, yataqla təmin edəcəklər» - F.Ələkbərov deyib.

Azərbaycanda son 10 gündür şaxtalı və qarlı hava şəraiti davam edir.
This item is part of
XS
SM
MD
LG