Keçid linkləri

2026, 25 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 13:10

Brüsseldə Yunanıstandakı vəziyyət müzakirə olunur

Yunanıstan liderləri kredit alınmasıyla bağlı ölkədə referendum keçirilməsi barədə hələlik razılığa gələ bilməyiblər.

Hakim koalisiya yeni, kəskin iqtisadi tədbirlər paketində razılığa gəlsələr də pensiya fondunun 300 milyon ixtisarında bir araya gələ bilməyiblər.

Bunu kreditçilər tələb edir.

Avrozona ölkələrinin maliyyə nazirləri Brüsseldə Yunanıstanda yaranmış vəziyyəti müzakirə edirlər.

Ölkənin maliyyə naziri Evangelos Venizelos müzakirələrin müsbət nəticə verəcəyinə ümidlə yanaşdığını deyir.

Yunanıstan Avropa Birliyi, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondundan 130 milyard avroluq kredit almaq üçün kəskin iqtisadi tədbirlər görməlidir.

Əks halda bu ilin martında ölkədə defolt baş verə bilər.
This item is part of
XS
SM
MD
LG