Keçid linkləri

2024, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 00:32

“Sahə” filminin rejissoru “Qızıl mükafat” aldı


Ilqar Safat
Ilqar Safat
Azərbaycanlı rejissor ABŞ-ın “California Film Awards”ın «Qızıl Mükafatı»na layiq görülüb.

«Sahə» filminin quruluşçu rejissoru və ssenari müəllifi İlqar Safatdır.

«Nərimanfilm» Kino Kompaniyasından APA verilən məlumata görə, bu mükafat İ.Safata tammetrajlı bədii film nominasiyasında təqdim olunub.

Bu mötəbər mükafatlandırma mərasimində Fransa, Almaniya, Böyük Britaniya, Argentina, İspaniya, və digər ölkələrdən filmlər iştirak edib.

Təntənəli mükafatlandırma mərasimi Kaliforniyanın San-Dieqo şəhərində baş tutub.

Bu, “Sahə” filminin ilk beynəlxalq mükafatı deyil. Ötən il «Sahə» filmindəki roluna görə gənc aktyor Timur Oduşev «Hollywood Young Artists Award» mükafatına layiq görülmüşdü.

Xatırladaq ki, “Sahə” filmi 2010-cu ildə çəkilib.

Azərbaycan (“Nərimanfilm”) və Gürcüstanın (“Georgiafilm”) birgə işidir.

Elə çəkildiyi ildə 83-cü Oskar mükafatının “Xarici dildə ən yaxşı xarici film” nominasiyasına göndərilib, amma siyahıdan çıxarılıb.

Filmdə polis rəisi rolunda Vaqif İbrahimoğlu çəkilib.

Ötən ilin aprelində “DetektivFest” adlı Beynəlxalq Detektiv filmlər fesestivalının xüsusi mükafatına layiq görülüb.

Həmin ilin mayında film “Kann” kino festivalında ilk dəfə yaradılan Azərbaycan pavilonunda da göstərilib.

Bu ilin yanvarında isə “Sahə” Hindistanda X Beynəlxalq Puna film festivalında iştirak edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG