Keçid linkləri

2026, 11 İyun, cümə axşamı, Bakı vaxtı 02:38

Şahdəniz yatağında qaz hasilatı qismən bərpa olunub

Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» qaz yatağında hasilat prosesi qismən bərpa olunub.

Bu barədə «APA-ECONOMICS»ə açıqlamasında «Şahdəniz» layihəsinin operatoru olan «BP-Azerbaijan» şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib.

Onun sözlərinə görə, yataqdan hasilatın səviyyəsinin gün ərzində tədricən artacağı gözlənilir. Qazın Türkiyəyə nəqlinin də yaxın vaxtlarda bərpa olunacağı gözlənilir: «Bundan sonra isə Səngəçal terminalından normal ixrac əməliyyatları başlayacaq», - deyə şirkətdən bildirilib.
This item is part of
XS
SM
MD
LG