Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:33

Bakıelektrikşəbəkə izah verib


Bakının bəzi ərazilərində elektrik enerjisi təminatında yaranan problemlərin əsas səbəbi “Azərenerji” ASC-nin Şimal DRES və Sumqayıt elektrik stansiyasının fəaliyyətinin dayanmasıdır.

Bu barədə «APA-ECONOMICS»ə «Bakıelektrikşəbəkə»nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, adı çəkilən stansiyaların işinin dayandırılmasına səbəb suyun donmasıdır və bunun nəticəsində «Azərenerji»nin «Bakıelektrikşəbəkə»yə verdiyi enerjinin həcmi 25% azalıb. Nəticədə Bakının Xətai, Nizami, Suraxanı, Sabunçu və Xəzər rayonlarının bir sıra istehlakçılarına elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

T.Mustafayev hazırda fasilələrin aradan qaldırılması üçün tədbirlərin görüldüyünü və elektrik stansiyaları işə düşən kimi istehlakçıların enerji təminatının bərpa olunacağını söyləyib.
XS
SM
MD
LG