Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:50

Yanacaq daşıyan maşın aşdı, 3 rayon qazsız qaldı


Fevralın 8-də Bakının Nizami, Xətai və Sabunçu rayonlarına qaz verilişi müvəqqəti dayandırılıb.

Buna səbəb Bakı neftayırma zavodunun yaxınlığında maye qaz daşıyan yük maşınının aşmasıdır.

Hadisə saat 13:00 radələrində qazdoldurma məntəqəsinin qarşısında qeydə alınıb. Maye qaz daşıyan yük maşını yoldan çıxaraq aşıb. Nəticədə yanğınla müşahidə olunan partlayış baş verib.

Xəsarət alan yoxdur

«Azəriqaz» İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı deyir ki, yük maşını magistral qaz kəməri yaxınlığında aşıb. Qəzanın baş verməməsi üçün Nizami, Xətai və Sabunçu rayonlarına qaz verilişi müvəqqəti dayandırılıb.
XS
SM
MD
LG