Keçid linkləri

2026, 17 İyun, çərşənbə, Bakı vaxtı 15:08

Ömürlük məhbuslar cəzalarının 15 illə əvəzlənməsini istəyirlər

Qobustanda ömürlük məhbusların bir neçəsi 1 gün aclıq aksiyası keçiriblər.

Aksiya yanvarın 31-də olub.

Bu haqda Qobustan həbsxanasındakı 10 məhbusun qanuni nümayəndəsi Lətafət Məlikova AzadlıqRadiosuna deyib.

Bu həbsxanada 81 nəfər ömürlük cəza alan məhbus var. Onlar cəzalarının dəyişdirilməsini - 15 illə əvəzlənməsini istəyirlər. bu haqda onlar Milli Məclisə müraciət də ünvanlayıblar.

Lətafət Məlikova deyir ki, Milli Məclisin komitə sədləri Rəbiyyət Aslanova və Əli Hüseynli Qobustan həbsxanasına getməyə söz veriblər. Hələlik hava şəraiti buna imkan vermir.

Bu həbsxanada əvvəllər də eyni tələblə aksiyalar keçirilib. Məhbuslar prezidentə də müraciət ediblər.
This item is part of
XS
SM
MD
LG