BP şirkəti «Şahdəniz» platformasında bütün nəzərdə tutulmuş işləri tam başa çatdırıb və quyuların açılmasına hazırlaşır.
Bu barədə «Trend»ə şirkətdən bildirilib.
Fevralın 7-də Azərbaycan platformada yaranan texniki səbəblərdən Gürcüstana və Türkiyəyə qaz nəqlini dayandırıb.
«BP-Azerbaijan» şirkətindən bildirilmişdi ki, «Şahdəniz»in elektrik enerjisi ilə təchizatı sistemində aparılan profilaktik tədbirlər zamanı platformanın avtomatik dayandırılması sistemi işə düşüb. Dörd quyunun hamısında hasilat dayandırılıb.
«Şahdəniz» yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) – 25.5%, «Statoil» - 25.5%, NICO - 10%, «Total» - 10%, «LUKoil» - 10%, TPAO - 9%, ARDNŞ - 10%.