Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:14

Bakı aeroportunda bəzi aviareyslər təxirə salınıb


Azərbaycan ərazisində hava şəraitinin yenidən kəskin soyuması, qar yağması və güclü külək əsməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda bir neçə aviareys təxirə salınıb.

Bu barədə «APA»ya hava limanından bildirilib.

Aeroportdan verilən məlumata əsasən, hazırda daxili aviareyslərdən Bakı-Naxçıvan və Bakı-Gəncə, beynəlxalq aviareyslərdən isə Bakı-Tehran və Bakı-Tbilisi marşrutu ilə reyslər təxirə salınıb:

«Tehran və Tbilisidən aviareyslər Bakıya yerinə yetirilməyib. Londondan Bakıya gələn təyyarə isə hava şəraitinə görə Tehranda məcburi eniş etməli olub. Uçuş-enmə zolağı buzla bağlanmasa da, çovğun uçuşların yerinə yetirilməsinə mane olur – görüntü xeyli pisləşib».

Hazırda Bakı-İstanbul və Bakı-Dubay aviareyslərinin yerinə yetirilməsi üçün iş aparılır.
XS
SM
MD
LG