Keçid linkləri

2026, 16 İyul, cümə axşamı, Bakı vaxtı 00:33

Ədliyyə Nazirliyi RATİ-yə xəbərdarlıq məktubu göndərib

Emin Hüseynov
Emin Hüseynov
Ədliyyə Nazirliyi Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna rekvizit məlumatlarının qeydiyyatı qaydalarının pozulması ilə bağlı xəbərdarlıq məktubu göndərib. RATİ xüsusilə təşkilat sənədlərində təsisçinin ünvanının dəyişdirilməsi haqqında məlumat verməməkdə ittiham olunur.
Ədliyyə Nazirliyi məktubunda onu da yazır ki, Naxçıvanda anonim mənbə RATİ-ni www.nakhchivan.org.az saytında Naxçıvan Muxtar Respublikasında insan hüquqları sahəsində vəziyyət haqqında qərəzli və həqiqətə uyğun olmayan məlumat yerləşdirməsindən şikayətlənir.
Təşkilatın rəhbəri Emin Hüseynov bugünki mətbuat konfransında nazirliyin iradlarını əsassız adlandırıb. Bildirib ki, bu xəbərdarlıq məktubu hakimiyyətin təşkilatın hüquq-müdafiə fəaliyyətini məhdudlaşdırmaq cəhdidir.
This item is part of
XS
SM
MD
LG