Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:56

Çexiyanın "Dukla" klubundan Məmməd Məmmədov Azərbaycan yığmasına çağırılıb


Futbol üzrə Azərbaycan milli komandasının (U-16) heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Nikolay Adam fevralın 21-dən 29-dək Bakıda keçiriləcək təlim-məşq toplanışına çağıracağı heyəti müəyyənləşdirib.

Almaniyalı mütəxəssis toplanışa Ağaseyid Qasımov, Ümid Ümidov (hər ikisi “İnter”), Aleksey Dedyukin, Maqomed Hüseynov, Bəhlul Mustafazadə, Əli Səmədov, Roman Hüseynov, Fərid Əsədli, Orxan Mehrəlizadə, Vüqar Əlibabayev (hamısı “Qəbələ”), Renat Ağaverdiyev, Elçin Tağıyev, Mahir Mədətov (hər üçü “Bakı”), Elnur Cəfərov, Əli Əliyev, İxtiyar Əhmədov (hər üçü “Xəzər Lənkəran”), Kamran Nəcəfzadə, Elməddin Məmmədov, Zeynal Zeynalov (hər üçü “Neftçi”), Əlibəy Məmmədli, Anar Həsənov (hər ikisi “Rəvan”), Şaxban Cəbrayılov (“Anji”, Mahaçqala, Rusiya), Məmməd Məmmədov (“Dukla”, Çexiya) və Ceyhun Quliyevi (“Avtovo”, Sankt-Peterburq, Rusiya) dəvət edib.

Azərbaycan yığması hazırlıq çərçivəsində İran millisi ilə 2 yoxlama matçı keçirəcək.
XS
SM
MD
LG