Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:49

İran BBC əməkdaşlarını həbs etdiyini deyir


İranda BBC telekanalı ilə əməkdaşlıq etdiyi iddia olunan bir neçə nəfər saxlanıb. Bu barədə Mehr xəbər agentliyi məlumat yayıb. Adını çəkməyən mənbəyə istinad edən agentlik bildirib ki, həbs olunanlar BBC-yə məlumatlar ötürürmüş.

Həbs olunanların sayı isə açıqlanmır.

Londonda BBC məlumat yayıb ki, telekanalın Fars bürosunun əməkdaşları İran daxilində işləmirlər. BBC əlavə edib ki, ola bilsin, həbs olunanlar azad və müstəqil media nümayəndələridir.

Ötən həftə BBC İranı Fars bürosunun əməkdaşlarına təzyiq etməkdə günahlandırmışdı.
XS
SM
MD
LG