Keçid linkləri

2025, 19 May, Bazar ertəsi, Bakı vaxtı 12:07

Cəhbə xəttində monitorinq olacaq


ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 8-də qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Monitorinq Füzuli rayonunun Horadiz kəndinin şimal-şərq istiqamətindəki təmas xəttində olacaq.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Antal Herdiç və şəxsi köməkçi Uilyam Praroy, təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Marius Puodziunas keçirəcəklər.
XS
SM
MD
LG