Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:51

Apellyasiya Məhkəməsi Rafiq Tağının ailəsinə "yox" dedi


Bakı Apellyasiya Məhkəməsi mərhum yazar Rafiq Tağının ailəsinin şikayətini təmin etməyib. Şikayət Nəsimi Rayon Məhkəməsinin qərarından verilmişdi.

Nəsimi Rayon Məhkəməsinə üz tutan ailə Rafiq Tağıya qarşı sui-qəsdlə bağlı səmərəli araşdırmanın aparılmadığını, ailənin hüquqlarının təmin olunmadığını iddia edib, eləcə də yazıçının ölümündə həkimlərin günahkar olduğunu bildirib, bu məsələlərə hüquqi qiymət verilməsini istəyib. Nəsimi Rayon Məhkəməsi iddiaya baxmaqdan imtina edib.

Vəkil Elçin Sadıqov “Media forum” saytına açıqlamasında deyib ki, Bakı Apellyasiya Məhkəməsi fevralın 6-da Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə sxlayıb.

Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda, yaşadığı evin yaxınlığında bıçaqlanıb. Noyabrın 23-də o, müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə vəfat edib. İndiyədək bu cinayətə görə məsuliyyətə cəlb edilən olmayıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin icraatındadır. İstintaq Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə aparılır.

"Media forum"
XS
SM
MD
LG