Keçid linkləri

Təcili xəbərlər
2021, 21 İyun, Bazar ertəsi, Bakı vaxtı 12:01

Sarkozy-nin hər günü Fransa xəzinəsinə 15 min dollara başa gəlir


Fransa prezidenti Nicolas Sarkozy

Fransa prezidenti bir günə təkcə yemək və içkiyə 15 min dollar xərcləyir. ANS press yazır ki, Britaniyanın gündəlik "Sunday Times" qəzeti Fransanın Yelisey sarayının gündəlik tələbatını hesablayıb. Prezident sarayının xidmətinə çəkilən xərclər Britaniya krallığının xərclərini üstələyir.

Qəzet yazır ki, Fransa prezidenti Nicolas Sarkozy qurman deyil və hətta ən məşhur fransız şərabları belə onu özünə çəkə bilmir. Fransa dövlət başçısı ümumiyyətlə, spirtli içki qəbul etmir. Lakin prezidentin əhatə mühitinin xəbərləri isə daha maraqlıdır. Sarkozy çox böyük şiriniyyat həvəskarıdır, o, şokolad və konfetdən ötrü "sino gedir". Lakin 57 yaşlı Sarkozynin hazırkı həyat yoldaşı bu ailəyə daxil olandan sonra şirniyyatı ciddi şəkildə məhdudlaşdırıb.

Sunday Times-ın məqaləsi olduqca tənqidi çalarlarla yazılıb. Times-ın yazdığına görə, Sarkozy Yelisey sarayındakı qarajında 121 maşın saxlayır. Qəzet qeyd edir ki, Fransa prezidentləri dəbdəbə və israfçılıq həvəsi ilə məşhurdurlar. T

Times-in hesablamalarına görə, prezident avtomobillərinə çəkilən benzinin illik xərcləri 400 min dollara çatır. Təkcə bir gündə alınan qəzetlərə 1,5 min dollar xərclənir.

Şərhlər (2)

Bu forum dayandırılıb
XS
SM
MD
LG