Keçid linkləri

2026, 13 İyun, şənbə, Bakı vaxtı 07:28

Yunanıstanda yeni tətil başlayır

Yunanıstanın büdcə və özəl təşkilatlarında çalışanları birləşdirən 2 nəhənf həmkarlar təşkilatı fevralın 7-dən, sabahdan 1 günlük yeni tətilə çağırır. Həmnkarlar təşkilatları bildirirlər ki, Yunanıstanın borclarıyla bağlı investorlar və banklarla aparılan danııqlarda təklif olunan yeni büdcə kəsintiləri iqtisadi durğunluğu daha da dərinləşdirəcək.

Yunanıstandakı siyasi koalisiyaya daxil olan partiyalar da fevralın 6-dan qənaət paketi ilə bağlı danışıqları bərpa edib. Həftəsonu danışıqlarda irəliləyiş olmamışdı. Əgər nəticə olmasa, Yunanıstan mart ayından müflislik prosedurlarına başlamalı olacaq.
This item is part of
XS
SM
MD
LG