Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:14

İndi də Simpsonlar qadağan edildi


Simpson ailəsinin üzvləri
Simpson ailəsinin üzvləri

İranda Qərb mədəniyyətini təbliğ edən oyuncaqlar yasaq olunur

İranda “The Simpsons” cizgi serialının qəhrəmanlarını təsvir edən oyuncaqların satışına qadağa qoyulub.

İran Uşaq və Gənclərin İntellektual İnkişafı İnstitutunun nümayəndəsi yerli mətbuata bildirib ki, hökumət Qərb mədəniyyətinin təbliğini istəmir. İnstitut rəsmisi onu da qeyd edib ki, İranda ümumiyyətlə yetkin insanı təsvir edən, cinsi mənsubiyyəti hiss olunan gəlinciklərin satışı qadağandır.

Bundan sonra Superman və Spiderman (Hörümçək adam) oyuncaqlarının da qadağan olunacağı gözlənilirdi. Lakin hökumət bu qəhrəmanların “məzlumlara yardım etdiyini” nəzərə alaraq onları qara siyahıdan çıxarıb.

Hələ 1996-cı ildə Uşaq və Gənclərin İntellektual İnkişafı İnstitutunun Barbie gəlinciyinin İran və İslam adət-ənənələrinə uyğun olmadığı haqda qərar vermişdi. Həmin vaxt bu oyuncağı Qərb mədəniyyətinin “Troya atı” elan etmişdilər. Buna baxmayaraq, yalnız bu yaxınlarda – 2012-ci ilin yanvarından Barbieni mağazalardan yığışdırmaq mümkün oldu.

Rəsmi məlumatlara görə, 2011-ci ildə İranda oyuncaq idxalının həcmi 57 milyon dollara çatıb. 20 milyon dollarlıq oyuncaq ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilib.

1979-cu il İranda İslam inqilabı baş verdikdən sonra orada Qərb musiqisi, filmləri və digər məhsullara qaşı qadağalar tətbiq edilir.
XS
SM
MD
LG