Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:49

Bəxtiyar Hacıyevin məhkəməsi təxirə salınıb


Gənc fəal Bəxtiyar Hacıyevin məhkəməsi vəkilin yoxluğu səbəbindən bir neçə saatlığına təxirə salınıb.

Fevralın 6-da Bakı Apellyasiya Məhkəməsində keçirilən proses zamanı B.Hacıyev deyib ki, məhkəmənin vaxtı haqda yalnız fevralın 4-də xəbər tutub. Ona görə də, özünə vəkil tuta bilməyib. Buna baxmayaraq, B.Hacıyev məhkəmədə özünü müdafiə edə biləcəyini deyib. Xatırladıb ki, qanuni nümayəndəsi İntiqam Əliyev də prosesdədir.

Hakim B.Hacıyevin vəkillə təmin olunmasına təkid edib və prosesi təxirə salıb.

Məhkəmənin təxirə salınmasına etiraz edən B.Hacıyev isə dövlət hesabına vəkillə təmin olunmasını istəyib.

Məhkəmə saat 15:00-a qədər təxirə salınıb.

B.Hacıyev cəzasının üçdə birini çəkdiyi üçün vaxtından əvvəl azad edilməsini istəyir. Keçən il dekabrın 29-da Qaradağ rayon Məhkəməsi B.Hacıyevin müraciətini rədd edib. Bakı Apellyasiya Məhkəməsi bu qərardan verilmiş şikayətə baxır.

B.Hacıyev 2011-ci ilin mayında 2 il müddətinə azadlıqdan məhrum edilib. O, hərbi xidmətdən yayınmaqda ittiham olunur.

Bəzi beynəlxalq hüquq müdafiə təşkilatları onu «vicdan məhbusu» sayırlar.
XS
SM
MD
LG