Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:14

Əsgər özünü güllələyib


Foto: Arxiv
Foto: Arxiv
Azərbaycan Ordusu daha bir əsgərini itirib.

Hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən «N» saylı hərbi hissəsində qeydə alınıb.

Milli Ordunun əsgəri, 1992-ci il təvəllüdlü Mehman Əmiraslanov tabeliyindəki silahdan açılan atəş nəticəsində ölüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya bildirib ki, ölümün səbəbləri araşdırılır.

M.Əmiraslanov 2011-ci ildə Qaradağ rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
XS
SM
MD
LG