Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:36

Politoloq Eldar Namazov da şeir yazır


Prezident Aparatının keçmiş yetkilisi, hazırda Ziyalılar Forumunun fəallarından olan politoloq Eldar Namazov modern.az-a müsahibəsində şeir yazdığını etiraf edib:


- Adətən insan öz gələcəyiylə bağlı daha ciddi planları yuxarı siniflərdə qurmağa başlayır. Uşaqlıq dövründə poeziyayla da maraqlanırdım, hələ birinci sinifdə oxuyanda şeirlər yazırdım. Yadımdadır, son zəngdə məni - birinci sinif şagirdini gətirirdilər həmin o tədbirə öz şeirlərimi oxuyurdum. Hamı da təəccüblənirdi ki, birinci sinif şagirdi öz şeirləriylə məktəb iclaslarında çıxış edir...

- Daha şeir yazmırsınız?

- Poeziyaya sevgi elə seydir ki, bu günədək məndə itməyib. Nəinki usaqlıqda, tələbəlik illərində də, artıq Elmlər Akademiyasında çalışdığım dövrlərdə də yazdığım seirlər var. Ancaq mən onları heç vaxt mətbuata çıxartmıram. Yaxın dostlarımın əlamətdar günlərində də onlara seir həsr edirəm, ancaq bu da öz aramızda qalır.

- Sevgi seirləri də yazmısınız?

- Mənə elə gəlir ki, şeir yazan insan bu mövzudan qaça bilməz...
XS
SM
MD
LG