Keçid linkləri

2026, 16 May, şənbə, Bakı vaxtı 18:54

İlham Əliyev Hillary Clintonla görüşüb

Arxiv foto
Arxiv foto
Azərbaycan prezidenti İlham Əliyev fevralın 4-də Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillary Clintonla görüşüb. Görüş Münhendə olub.
Bu haqda məlumatı AzərTAc yayıb. Məlumatda deyilir ki, İlham Əliyevlə Hillary Clinton ikitərəfli münasibətlərin inkişafından danışıblar. Eyni zamanda, Azərbaycanın antiterror koalisiyasının tərkibində Əfqanıstandakı sülhyaratma əməliyyatlarında iştirakı yüksək qiymətləndirilib.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı geniş fikir mübadiləsi aparıldığı da xəbər verilir.
İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında iştirak edir.

İlham Əliyev şənbə günü Serbiyanın xarici işlər naziri Vuk Yeremiç ilə də görüşüb.
This item is part of
XS
SM
MD
LG