Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Dekabr, bazar, Bakı vaxtı 17:50

Abşeronda Xəzərin bir hissəsi donub


Foto arxiv
Abşeron yarımadasında Xəzər dənizinin bir hissəsi donub.

ANS PRESS-in məlumatına görə, buzlaşma Zeynalabdin Tağıyev qəsəbəsində sahilin 200-300 metrliyini əhatə edir.

Məlumata görə, buz qatının bir hissəsi dalğa formasındadır.

Qəsəbənin yaşlı sakinləri belə hadisənin əvvəllər də baş verdiyini deyirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi Gülmalı Süleymanov isə deyir ki, belə hallar bir neçə dəfə Xəzərin şimal hissəsində müşahidə olunub.

Xəzərin Azərbaycan sektoru dənizin orta hissəsi sayılır və burada suyun donması çox nadir hadisədir.
XS
SM
MD
LG