Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 09:46

Əfqanıstanda dinc sakinlər arasında itkilər artır


BMT-nin məlumatına görə, artıq 5-ci ildir ki, Əfqanıstanda dinc sakinlər arasında itkilərin sayı artır.

Təşkilatın şənbə günü yaydığı məlumata görə təkcə ötən il ölkədə 3021 dinc sakin öldürülüb.

2010-cu ildə isə Əfqanıstanda 2790 dinc sakin öldürülüb.

Onların əksəriyəti yaraqlıların törətdiyi terror və partlayışlarda ölüb.

Hesabatda qeyd olunur ki, bu ölümlərin 77 faizinə görə Taliban cavabdehlik daşıyır.

Hesabatda həmçinin ötən il Əfqanıstandan 180 mindən çox adamın qaçqın düşdüyü bildirilir.
XS
SM
MD
LG