Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 03:32

Moskvada mitinqə 120 mindən çox adam çıxıb


Moskvanın Bolotnaya meydanında “Ədalətli seçki” tələbilə keçirilən mitinqdə azı 120 min adam iştirak edib.

Bunu təşkilatçılar deyir.

Daxili İşlər Nazirliyi isə aksiyaçıların 36 mindən artıq olmadığını deyir.

Mitiqndə olan AzadlıqRadiosunun müxbiri isə meydanın tamamilə dolduğunu,
bütün aksiyaçıları tuta bilmədiyini xəbər verir.

Mitinqdə müxalifət liderləri Vladimir Rıjkov, Qriqoriy Yavlinski ,Boris Akunin və digər iştirakçıların çıxışları olub.

Aksiyaçılar “Putinsiz Rusiya” şuarları səsləndiriblər.

Həmçinin eyni vaxtda şəhərdə hökumətpərəst qüvvələrin mitiqni keçirilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, bu mitinqdə 138 min adam iştirak edib.

Aksiyaçılar prezidentliyə namizəd, baş nazir Vladimir Putinə dəstək bildiriblər.
baş nazir Vladimir Putinə dəstək məqsədilə

Saxarov meydanında ədalətli seçkilərə dəstək məqsədilə keçirilən mitinqə isə 150 nəfər gəlib.
XS
SM
MD
LG