Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Fevral, Cümə, Bakı vaxtı 06:15

Moskvada müxalifətin mitinqi başa çatdı. Növbəti mitinq fevralın 26-dadır


Moskva və əyalətlərdə 4 fevral aksiyaları
Gözlə

No media source currently available

0:00 0:12:30 0:00
Direct-ə keçid

Moskva və əyalətlərdə 4 fevral aksiyaları

Moskvanın «Bolotnaya» meydanında ədalətli seçki tələbi ilə keçirilən mitinqdə 120 min adam iştirak edib.

Bunu təşkilatçılar deyir.

Daxili İşlər Nazirliyi isə aksiyaçıların 36 mindən artıq olmadığını deyir.

AzadlıqRadiosunun müxbiri isə meydanın tamamilə dolduğunu, bütün aksiyaçıları tuta bilmədiyini xəbər verir.

Mitinqdə müxalifət liderləri Vladimir Rıjkov, Qriqori Yavlinski, yazıçı Boris Akunin və digər iştirakçıların çıxışları olub.

Aksiyaçılar «Putinsiz Rusiya» şüarları səsləndiriblər.

Eyni vaxtda şəhərdə hökumətpərəst qüvvələrin mitinqi keçirilib.

Daxili İşlər Nazirliyinin məlumatına əsasən, bu mitinqdə 138 min adam iştirak edib. Aksiyaçılar prezidentliyə namizəd, Baş nazir Vladimir Putinə dəstək bildiriblər.

Martın 4-də Rusiyada prezident seçkisidir.

Şərhlər (8)

Bu forum dayandırılıb
XS
SM
MD
LG