Keçid linkləri

Təcili xəbərlər
2023, 01 Oktyabr, bazar, Bakı vaxtı 20:37

24 yaşlı prezident oğlu FİFA komtəsinin üzvü oldu


Rustam Emomali və FİFA prezidenti Jozef Blatter
Tacikistan prezidenti Emomali Rahmonun 24 yaşlı oğlu Rustam Emomali FİFA-nın İnkişaf Komitəsinin üzvü təyin olunub.
Bu qərarı Tacikistan Futbol Federasiyası verib.

FİFA-nın 18 üzvdən ibarət İnkişaf Komitəsi kasıb ölkələrdə futbolun inkişafı ilə məşğuldur.

Vaxtilə prezidentliyə varis hesab olunan Rustam Emomali peşəkar futbolçu olub. O. Tacikistanın İstiqlal komandasında oynayıb.

O bu yaxınlarda Tacikistan Futbol Federasiyasının prezidenti təyin olunub.

Rustam Emomali həm də Gömrük Komitəsində departament müdiridir.
XS
SM
MD
LG