Keçid linkləri

2026, 17 İyun, çərşənbə, Bakı vaxtı 23:51

Qazaxıstanda daha bir ictimai fəala nifaq salma ittihamı irəli sürüldü

Qazaxıstanda Janaozen hadisələri ilə bağlı 5-ci ictimai fəala qarşı sosial nifaq salma ittihamı ilə istintaq başlanıb.

Bolat Atabaev Almatıda teatr direktorudur.

O, Janaozen hadisələrini araşdıran ictimai komissiyanın üzvüdür.

Atabaev Azadlıq Radiosuna deyib ki, onu Milli Təhlükəsizlik Komitəsinə çağırıblar və deyiblər ki, Almatını tərk etməsin, çünki ona qarşı istintaq başlanıb.

İttiham təsdqilənsə, Atabaevi 10 ilədək həbsxana gözləyir.

Dekabrın ortalarında Janaozendə neft işçiləri ilə polisin toqquşmaları 16 adamın ölümünə gətirdi.
This item is part of
XS
SM
MD
LG