Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Küveytdə seçkiləri müxalifət uddu


Küveytdəki vaxtından qabaq parlament seçkilərini islamçıların başçılıq etdiyi müxalifət udub.
50 yerlik parlamentdə 34 yeri müxalifət qazanıb.

Liberal hesab olunan namizədlər seçkilərdə uduzublar, qadın namizədlər heç bir yer qazana bilməyiblər.

Bundan əvvəlki parlamentdə 4 qadın deputat var idi.

Müxalifət seçkilərə korrupsiya ilə mübarizə şüarı ilə gedirdi.

Küveytdə bütün nazirləri hakim ailə təyin edir. Ancaq parlament nazir təyinatlarına nüfuz edə bilər.
XS
SM
MD
LG