Keçid linkləri

Təcili xəbərlər
2021, 01 Dekabr, çərşənbə, Bakı vaxtı 05:28

Suriyada həbs olunanlara işgəncələr verilir


Suriyada keçirilən etiraz aksiyalarında həbs olunanlara işgəncələr verilir. Bu haqda Beynəlxalq Hüquq Müdafiə Təşkilatı olan Human Rights Watch məlumat yayıb. Təşkilat bildirir ki, həbs olunanlardan ən kiçiyi 13 yaşındadır.

Həbs olunanlar tək kameralarda saxlanılır, dindirmə zamanı bədənlərinə cərəyan buraxılır.

BMT-nin məlumatına görə, Suriyada Bashar AssaD əleyhinə keçirilən etiraz aksiyalarında 9 ay ərzində 5 mindən artıq adam öldürülüb.

Suriyalı hüquq müdafiəçilərinin məlumatına görə, dünən daha 10 müxalifətçi həbs olunub. Fəallar isə Hamada qiyamın yatırılmasının 30-cu ildönümü ilə bağlı aksiyalara çağırıblar.

1982-ci ilin fevralında 2-də Hamada qiyam yatırılarkən 10 mindən çox adam öldürülmüşdü. Həmin vaxt ölkəyə indiki prezident Bashar Assadın atası Havez Assad başçılıq edirdi.
XS
SM
MD
LG