Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:18

ARDNŞ İstanbulun əsas qaz paylayıcısı İQDAŞ şirkətini alır


Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin İstanbul şəhərinin əsas qaz paylayıcısı olan İQDAŞ şirkətini satın almaq istəyir.

Bunu «Bloomberg»ə müsahibəsində SOCAR-IN Türkiyədəki nümayəndəsi Kənan Yavuz bildirib.

K. Yavuzun sözlərinə görə, şirkət bununla bağlı qərarını hələ rəsmən açıqlamayıb.

K. Yavuz ARDNŞ-in Türkiyədə neft məhsullarının satışının təşkilini həyata keçirmək istəyində olduğunu da deyib.

Hazırda ARDNŞ Türkiyədə “Petkim” neft-kimya kompleksinə sahibdir. Eyni zamanda ARDNŞ tərəfindən İzmirdə yeni neftayırma zavodunun tikintisi aparılır.
XS
SM
MD
LG