Keçid linkləri

2026, 26 İyul, bazar, Bakı vaxtı 20:47

Panetta nə təsdiq, nə təkzib edir

ABŞ-ın müdafiə naziri Leon Panetta İsrailin İrana yazda, ya da yayda hərbi zərbə endirəcəyi ilə bağlı Washington Post qəzetində çıxan məqaləni ətraflı şərh etməkdən imtina edib. Panetta iddianı nə təsdiq, nə də təkzib edib.

Həmin məqalədə deyilir ki, ABŞ-ın müdafiə naziri İsrailin İranı aprel, may, ya da iyun ayında vurma ehtimalının güclü olduğuna inandığını bildirib.

Bundan əvvəl İsrailin hərbi kəşfiyyat rəisi, general Aviv Kochavin bildirmişdi ki, İranda 4 atom bombası düzəltmək üçün kifayət qədər radioaktiv materiallar var.
This item is part of
XS
SM
MD
LG